Müğənni Hadisə “Şampiyon” albomunun ilk tanıtım konsertini Bodrumda verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, konsertdən əvvəl müsahibə verən ifaçı “Bu yay çox albom çıxdı, amma özümə rəqib görmürəm. Bu günədək çıxardığım ən yaxşı albomumdur” deyib. Hadisə şəxsi həyatından da danışıb:
“Şəxsi həyatımı insanların gözü önündə yaşamıram. Yaşadığım heç nədən peşman deyiləm”.