Tünzalə Seeya ilə "Dünya starı" layihəsində - fotolar

Tünzalə Seeya ilə "Dünya starı" layihəsində -  fotolar
1328 dəfə oxunub
  • A-
  • A
  • A+

“Papito chokolata” mahnısının ifaçısı Seeya “Park Bulvar”da sevənləri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, ifaçı 1 saatlıq konsert verib.

Daha sonra  müğənni "ADDIM” təşkilatının "Dünya Starı” layihəsində iştirak edib. Onunla yanaşı münsif kürsüsündə əməkdar artist Tünzalə Ağayeva da yer alıb.

Müğənni layihə və paytaxtımız haqqında fikirlərini bölüşüb. O deyib ki, Bakını çox bəyənib:

“Hər yerdə mənim “Papito” mahnım səslənir. Buna çox sevinirəm. Burada bir azərbaycanlı istedadlı gənc seçəcəyik. Həm onun inkişaf etməsinə kömək olacam, həm də Azərbaycan mahnıları ilə bağlı məlumat alacam”.

Səhnəyə 13 yarışmaçı çıxıb. Sonda Sənan və Mustafa adlı iki gənc seçilib. Münsif kürsüsündə iki əcnəbi prodüser də əyləşib.

Foto: Ramin ASLANOV