Hamilə aktrisa doğuşa belə hazırlaşır - fotolar

Hamilə aktrisa doğuşa belə hazırlaşır - fotolar
2326 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Eda Özerkanın ana olmağına az qalıb.

Axşam.az TÜrkiyə mediasına istinadən xəbər verir ki, aktyor Timur Acarla ailəli olan aktrisa hamiləliyinin 35-ci həftəsində idman zalında görüntülənib. Eda doğuşa hazırlıq üçün idmanın ən ideal vasitə olduğunu deyib:
 
“Dörd ildir davamlı olaraq idmanla məşğulam. Hamilə olarkən qəfil idmana başlamaq da düzgün deyil. Mən daha əvvəl idmana başladım deyə, indi çətinliyim olmadı. Hazırda həyat yoldaışmla birlikdə pilateslə məşğulam. Bundan başqa, həftədə 2 dəfə üzürəm. Bunların hamısı normal doğuş üçündür. Mən də normal doğuşla körpəmi dünyaya gətirmək istəyirəm. Qızım avqustun ilk və ya ikinci həftəsi doğulacaq. Adını Eliz qoyacağıq”.