Kamil və qızı Zəhranın məzarında - fotolar

Kamil və qızı Zəhranın məzarında -  fotolar
12781 dəfə oxunub
  • A-
  • A
  • A+

İdmançı Kamil Zeynallı Erməni silahlı qüvvələri tərəfindən öldürülən 18 aylıq Zəhranın yas mərasiminə gedib.

Axşam.az-ın məlumatına görə, o, qızı Sahiləni də özü ilə aparıb.

K.Zeynallı Zəhranın məzarından və yas mərasimindən fotolar paylaşaraq bunları qeyd edib:

“Dünən gecə qərara gəldim ki, səhər tezdən getmliyəm Zəhranın məzarını ziyarət etməyə. Gecə saat 12-də zəng edib bu şəkillərdən ibarət “plakat”  düzəltdirdim.

İnşallah, ölkə başçısının “erməniləri vurun” əmriylə mən də gəlib orduya qoşulacam. Bilirəm ki, bu dəqiqə məni izləyən hər bir Azərbaycan oğlunun ürəyi partlayır ki, qisasımızı tez alaq.

Zəhra bala, Allah sənə rəhmət eləsin. Qızım Zəhraya gəlincik alıb gətirib.

Allah Zəhranın atasına səbr versin, mən də valideynəm, ürəyim götürmədi atasının fəryadını. Özümə borc bildim, gəldim başsağlığına”.