Hazırda ABŞ-da yaşayan aparıcı Aynur Talıbova Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Axşam.az-ın məlumatına görə, aparıcının Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törədilən vəhşiliklə bağlı təşkil etdiyi aksiyada həyat yoldaşı və oğlu da yer alıblar.
Nümayiş zamanı iştirakçılar əllərində “Mən Qarabağdanam. Evimə getmək istəyirəm. Ermənilərin Qarabağdakı terroru” kimi sözlər yazılıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Həmin caxt kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.