“Türk malı” serialında çəkilən aktrisa Selen Görgüzel rejissor həyat yoldaşı Hamdi Alkanla tətildədir.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın mövsüm finalından sonra aktrisa dincəlmək üçün dənizi seçib. Suya girən Selenin ideal bədən quruluşu görənləri heyran edib.
Aktrisanın fotolarına sosial şəbəkədə “Türkiyənin Cennifer Lopezi” yazanlar da olub. Görgüzel “Türk malı”nın çəkilişlərinə avqustda davam ediləcəyini deyib:
“Yorucu qışdan sonra dəniz tətili mənə yaxşı gəldi. Qarşıda çox gərgin bir mövsüm bizi gözləyir. Çəkilişlər avqustda yenidən başlayacaq”.