Dəniz Seki Adriana Lima ilə sevgilisinin masasında - fotolar

Dəniz Seki Adriana Lima ilə sevgilisinin masasında - fotolar
4320 dəfə oxunub
  • A-
  • A
  • A+
Bodrumda türk sevgilisi Metin Hara ilə tətil edən braziliyalı model Adriana Lima müğənni Dəniz Seki və nişanlısı Faruk Salmanla rastlaşıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, balıq restoranında nişanlısı ilə şam edən Dəniz Adrianagilin masasına yaxınlaşaraq ona sarılıb.

O, braziliyalı modellə sevgilisinə xoşbəxtlik arzulayıb. Daha sonra isə cütlüklə xatirə fotosu çəkdirib. Restorandan çıxarkən jurnalistlərin suallarını cavablandıran Dəniz Seki Adriana ilə Metinin sevgisinin gerçək olduğunu, reklam məqsədi daşımadığını bildirib:
 
“Metin çox sevdiyim dostumdur. Belə bir xoşbəxtliyi təbrik etmək istədim. Onu görəndə yanaqlarından öpmək istədim. Bu münasibətin reklam olduğuna inanmıram. Heç də elə görünmür. Bu, reklam sevgisi deyil”.