Məşhurlar “RAZENNİ”nin açılışına yığışdı - fotolar

Məşhurlar “RAZENNİ”nin açılışına yığışdı -  fotolar
5606 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda “RAZENNİ” adlı yeni dəbdəbəli mebel evi fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, açılış mərasiminin aparıcılığı Afaq Gəncəli və Şəhriyar Əbilova həvalə edilib.

“Məmmədoğulları” şirkəti “RAZENNİ” mebel evi ilə öz fəaliyyətində yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan istehsalı olan “RAZENNİ” yüksək keyfiyyəti ilə seçilir.

Məkanın sahiblərindən olan Azər Mirzəyev bildirib ki, materiallar xarici ölkələrdən gətirilir:

“Bu, bizim markanın ilk mağazasıdır. Bir ay sonra yeni, ilin sonunda isə üçüncü mağazamız açılacaq. Eyni zamanda Sumqayıt şəhərində də mağazamız fəaliyyətə başlayacaq. Mənim üç şərikim var. “RAZENNİ” adı da bu üç insanın adlarının baş hərflərinin birləşməsindən yaranıb. Mebellərimiz yerli istehsaldır. Aksessuarlarımız Türkiyədən və başqa ölkələrdən gətirilir. Fabrikimiz Binəqədidə yerləşir. Müştərilər istəsə, gəlib baxa bilər, yerli istehsalat olduğuna əmin ola bilərlər. Qiymət fərqində də əmin olacaqlar ki, yerli istehsaldır. Keyfiyyətinə isə yüz faiz zəmanət veririk”.



A.Mirzəyev qiymətlərin də sərfəli olduğunu söyləyib: 

“Qiymətdən asılı olaraq materiallarımız dəyişə bilər. İstehsalatda sərhət yoxdur. Mağazamızda müştərilər ciblərinə uyğun mebel tapa bilərlər. Mebellərimiz arasında əl işi olanlar da, dəzgahdan keçənlər də var. Burada mərmər işləmələrə də rast gələ bilərsiniz. Məkanımızda yumşaq, yataq mebellərimiz, stol və stullar satılır. Xammaları xaricdən gətiririk. Gələcəkdə onu da fabrikdə istehsal etməyi planlaşdırırıq”.



Sahibkar deyib ki, “RAZENNİ” markasını dünyaya tanıtmağı planlaşdırırlar:

“Made in Azerbaijan” adı altında “RAZENNİ”ni dünya bazarına çıxaracağıq.

Müştərilərin özəl sifarişlərini də qəbul edirik. Eyni zamanda bizim dizaynerlərimizdən məsləhətlər ala bilərlər. Müştəri nə istəsə, sorğu-sualsız istehsal ediləcək”.

“RAZENNİ”də həm bağ, həm villa, həm də bina evləri üçün mebellər əldə etmək mümkündür. Yaxın günlərdə isə mərkəzdə ofis və mətbəx mebellərinin satışına başlanılacaq.  



Açılış mərasiminə şou-biznes nümayəndələri də qatılıb. Onlar mağazanı gəzib, yerli istehsal olan mebellərə baxıb və bəyəndiklərini bildiriblər. Tədbirin təşkilatçılığını Səriyyə Dadaşova edib.


Ünvan: Nərimanov r. Əhməd Rəcəbli 19

Tel.:  (012) 565 44 99

Mob.: (050) 500 44 99

İnstaqram: razenni_mebel