"Eurovision" təmsilçimiz Diana Hacıyevanın (Dihaj) solo konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, "Yaşıl Teatr"da keçirilən gecədə Dihaj əvvəlcə media nümayəndələrinin suallarını cavablandırıb.
Müğənni həmkarı Nigar Camalın onun haqqında dediklərinə münasibət bildirib. Nigarın "O, seksual deyil, gedib klublarda oxusun" sözlərinə əsəbiləşmədiyini deyən Diana klubda oxumağa normal yanaşdığını söyləyib:
"Nigarın fikrinə hörmətlə yanaşıram. Onun öz düşüncəsidir. Klubda oxumaq "zapadlo" zaddır bəyəm? İstəsəm klubda, istəsəm səhnədə oxuyaram. Musiqi mənim işimdir. Nigarla heç bir incikliyim yoxdu. Üz-üzə gəlsək normal davranacam".
D.Hacıyeva daha sonra səhnəyə çıxıb və mahnılarını səsləndirib. "O səs Türkiyə"nin qalibi Elnur Hüseynov, İsfar Sarabski Diananı səhnədə tək qoymayıblar.
Eyni zamanda "Dihaj" qrupunun "TEOS" adlı albomunun təqdimatı keçirilib.
Gecənin izləməyə gələnlər arasında sənət adamları da yer alıblar.
Foto:İlqam CƏBİYEV