Xəbər verdiyimiz kimi, müğənni Diana Hacıyevanın solo konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, gecənin qonaqları arasında "O səs Türkiyə"nin qalibi Elnur Hüseynov, aparıcı-aktrisa Zümrüd Qasımova da yer alıblar.
Onlar tamaşaçılar sırasında fotokameramıza tuş gəliblər.
Hər zaman mediadan qaçan və müsahibə verməyən Elnur səhnəyə çıxaraq Diana ilə mahnı da oxuyub.
Foto: İlqam CƏBİYEV