Bir neçə gün öncə Hollivud ulduzu Bredli Kuperin model sevgilisi İrina Şeyk və 4 aylıq qızı ilə maraqlanmadığı haqda xəbərlər yayılmışdı.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, İrina Şeyk alış-veriş mərkəzindən çıxarkən paparatsilərin hədəfinə tuş gəlib.
Şeykin barmağındakı üzük diqqət çəkib. Nişan üzüyünü nümayiş etdirən İrina Bredli ilə münasibətlərinin yaxşı olduğuna işarə edib. Doğumdan 4 ay sonra olduqca seksual bədən quruluşuna sahib olduğunu göstərən Şeyk şortikdə cazibədarlığını nümayiş etdirib.