Bakıda “Jara” beynəlxalq musiqi festivalının ikinci günü keçirilir.
Axşam.az-ın məlumatına görə, müğənni-bəstəkar Emin Ağalarovun təşkil etdiyi festival onun sahibi olduğu “Sea Breeze Resort” istirahət mərkəzində reallaşıb.
Bu münasibətlə Rusiyanın bir çox tanınmış ulduzları paytaxtımıza gəlib.
Bir-birinin ardınca Valeriya, "Vremya" qrupu, Olqa Buzova, Nastya Kudri, Yekaterina Odintsova, Jasmin və başqaları qırmızı xalı üzərinə çıxıblar. Onlar fotolar çəkdirib, media nümayəndələrinin suallarını cavablandırıblar. Gecənin ən xüsusi məqamı isə xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun səhnəyə çıxması olub.
Qeyd edək ki, “Jara” iyulun 30-na kimi davam edəcək.