Xəbər verdiyimiz kimi, “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, müğənni-bəstəkar Emin Ağalarovun keçirdiyi festival çərçivəsində Rusiyanın məşhur ulduzları Bakıya gəliblər.
İlk öncə müğənnilər qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, fotolar çəkdiriblər.
Daha sonra SSRİ xalq artisti Sofiya Rotarunun yubileyinə həsr olunan konsertin açılışı olub. Səhnəyə çıxan müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və “Çervona ruta” mahnısını oxuyub. İfaçı bildirib ki, səhnə fəaliyyətinin 45 illini Bakıda qeyd etməkdən məmnundur.
Daha sonra Rotaru bacısı Aureliya ilə birlikdə “Melankoliye” mahnısını səsləndirib.
Gecədə müğənnilər bir-birinin ardınca səhnəyə çıxaraq mahnılar səsləndirblər. Tədbirin qonaqları sırasında xalq artisti Polad Bülbüloğlu da yer alıb. O, “Qorod moy Baku” və “Gəl, ey səhər” mahnısını oxuyub.
Foto: Pəri ARİFQIZI