Alla Puqaçova Bakıda əri ilə eyni səhnədə - fotolar
Ölkə
13:45 / 30.07.17
5717dəfə oxunub
A-
A
A+
"Jara" musiqi festivalının üçüncü günü Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanının yaradıcılıq gecəsi keçirilib.
Axşam.az xəbər verir ki, gecədə primadonna qırmızı xalıya çıxmayıb. Birbaşa səhnəyə gələn Puqaçovanı sənət dostları təbrik edib.
Alla gecədə sevilən mahnılarını səsləndirib. Həyat yoldaşı Maksim Qalkin də konsert zamanı Puqaçovanı tək qoymayıb. Alla və Maksim birlikdə "Eto lyubov" və "Pod odnim flaqom" mahnılarını səsləndirib.