Şəmkirdə daha bir dəbdəbəli toy - Mustafa Ceceli də gəldi

Şəmkirdə daha bir dəbdəbəli toy -  Mustafa Ceceli də gəldi
17093 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəmkirdə daha bir səs-küylü toy mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, toyda yerli müğənnilərlə yanaşı türkiyəli ifaçı Mustafa Ceceli də qonaq olub.

Şiştəpə kəndində keçirilən toyun sahibi paytaxtın ticarət mərkəzlərindən birinin sahibinin qardaşı oğlu olub.

Məclisdə əməkdar artist Xumar Qədimova, müğənnilər Nuri Sərinləndirici və başqaları qonaq olublar.

Qeyd edək ki, bir neçə gün əvvəl Şiştəpə kəndində daha bir səs-küylü toy baş tutmuşdu. Həmin məclisə türkiyəli müğənni Kibariyə gətirilmişdi.