Keyt Middlton yenə köhnə paltarını geyindi - fotolar

Keyt Middlton yenə köhnə paltarını geyindi - fotolar
1206 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middlton Belçikada səfərdədir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kral ailəsinin üzvləri Birinci dünya müharibəsindən əziyyət çəkmiş İpr şəhərində olublar. Keyt xatirə səfəri üçün “Alexander McQueen”dən ağ palto seçimi edib. O, geyimini ağ şlyapa ilə tamamlayıb.

Lakin sosial şəbəkə istifadəçiləri Middltonun daha əvvəl də bu paltonu geyindiyini müşahidə ediblər. Belə ki, Keyt 2015-ci ildə qızı Şarlottanın xaç suyuna salınması mərasimində də eyni paltonu geyinibmiş.