Müğənni Əmrahın mirasından məhrum etdiyi oğlu Tayfun Ərdoğan yenidən gündəmə gəlib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin nikahdankənar oğlu Funda Çakırla eşq yaşamağa başlayıb.
Tayfun sosial şəbəkədə Funda ilə çəkilmiş fotolarını paylaşıb. Şəkillərin birində Fundanın onun alnına dodaq boyası ilə “Mənim” yazdığı görülür. Bu fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən böyük səs-küylə qarşılanıb.
İzləyicilərdən çoxu Tayfunun üzərində dodaq işarələri olan şəklini ona yaraşdırmayıblar.