Müğənni Rafet El Romanın Tuba Altıntopdan olan qızları Su və Şevval Bodrum tətilinə davam edirlər.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin Almaniyada yaşayan qızları bu ildən etibarən İstanbula – analarının yanına köçmək istəyirlər.
Lakin Rafet buna icazə vermir. O, tətildən sonra qızlarını Londona konservatoriyada oxumağa göndərəcək.