Aşıq Namiq Fərhadoğlunun "Köklə sazı 6" verilişinin növbəti buraxılışı baş tutub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi verilişdə bu dəfə münsif kürsüsündə aşıq Fərhad Gədəbəyli, Aqşin Taryeloğlu, şair Elbrus Qayalı və başqaları əyləşib.
N.Fərhadoğlu bildirib ki, yarışma sona yaxınlaşır:
"Artıq yarımfinala yaxınlaşırıq. Ardından “Köklə sazı 7” başlayacaq. Mənə o qədər zənglər gəlir ki... Hamı yarışmamıza qoşulmaq istəyir. Onlara deyirəm ki, nə vaxt istəsəniz gəlin”.
13 aşığın yarışdığı verilişdə artıq yarımfinal başlayıb. Bu dəfə Fərid Gədəbəyli proqramı tərk edib.
Qeyd edək ki, "Köklə sazı 6" həftənin çərşənbə günü saat 22:00-da "Lider" telekanalında yayımlanır.