"Səhrada məhəbbət"in Barbarasının inanılmaz dəyişikliyi - fotolar

"Səhrada məhəbbət"in Barbarasının inanılmaz dəyişikliyi - fotolar
12567 dəfə oxunub
  • A-
  • A
  • A+

2001-ci ildə çəkilən "Səhrada məhəbbət" serialı vaxtilə Azərbaycanda da çox məşhur olub.

Axşam.az-ın məlumatına görə, Kolumbiya istehsalı olan layihənin baş rollarında Maritza Rodrigez və Fransisko Qattorno çəkilib.

Barbara obrazını canlandıran sarışın gözəl M.Rodrigez hazırda 41 yaşındadır və karyerasına davam edir. İnstaqramda da aktiv olan aktrisanın son illərdəki zahiri dəyişikliyi görənləri təəccübləndirir.
 
İnanılmaz dərəcədə arıqlayan və sifət quruluşu dəyişən Maritza 12 ildir ki, televiziya prodüseri Coşua Mintzlə ailəlidir. Cütlüyün 3 yaşında əkiz oğlan övladları var.