TV8 kanalının sahibi Acun İlıcalıya ərə getməyə hazırlaşan Şeyma Subaşı “Elele” jurnalına müsahibə verib.
Axşam.az-ın məlumatına görə, Şeyma gələcək həyat yoldaşını tərif yağmuruna tutub:
“Acuq aşiq olunmayacaq adam deyil. O, hər qadını cəzb edir. Heç vaxt ərə getməyi düşünən biri olmamışam. Nə ailə qurmağı, nə də gəlinlik geyinməyi xəyal etmişəm. Acundan əvvəl də bununla bağlı heç nə fikirləşmirdim”.
Subaşı Acunla sevgili olmağın çətin tərəflərindən də danışıb:
“Acun az qala 20 saat işləyir. Heç dayanmır, həmişə iş toplantıları olur. Mən Acun kimi işinə sarılan başqa adam tanımıram. Allah ona inanılmaz beyin verib və o da həmin beyindən çox yaxşı istifadə edir”.