Hollivud aktrisası Şarliz Teron Los Ancelesdə paparatsilərin hədəfinə tuş gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı aktrisa Hollivudun qərbində alış-veriş edərkən sadə geyim tərzi ilə də maraq doğurub.
O, qara köynəyi və tünd rəngli cins ətəyi ilə zərifliyini nümayiş etdirib. İki övladı üçün uşaq mağazalarına baxan Şarliz eynəklə gözlərini gizlətməyə çalışıb. Uşaqlarından danışan aktrisa "Səhərlər onları tək buraxıram. Mən getdikdə onlar bir-birilərini qorxutmağa çalışırlar. Daha sonra isə ikisi də özünü pis etməyə başlayır. Bunu niyə etdiklərini bilmirəm" deyib.