Dünən 36 yaşını qeyd edən Beyons üçün maraqlı axın başlanılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur simalar Beyonsun sevilən obrazını yaradaraq onu təbrik ediblər.
Onlar arasında keçmiş birinci xanım Mişel Obama, Beyonsun qayınanası Qloriya Karter, qızı Blu Ayvi, Serena Uilyams, Kelli Roulend və başqaları yer alıb. Onlar ağ-qara çəkilmiş fotoda Beyonsu canlandırıblar. İfaçının yaxınları şlyapa taxaraq fərqli təbriklə dünya ulduzunu sevindiriblər.