“Facebook”un qurucusu Mark Zükerberqin evinin fotoları yayılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri olan Markın sadə evi hər kəsi təəccübləndirib. Bütün otaqlar sadə dizaynı və minimalizm üslubu ilə seçilir. Markın ailəsi ilə birlikdə yaşadığı bu evin qiyməti isə 7 milyon dollardır.
Evin dizaynı satın alınarkən olduğu kimi saxlanılıb. Olduqca adi evdə yaşayan Zükerberq pullarını bahalı əşyalara və dəbdəbəyə xərcləmək əvəzinə, xeyriyyə məqsədi üçün sərf edir.