Türkiyəli milyonçu Ali Ağaoğlu gənc sevgilisi Duyğu Su Gülpınarla tətilə çıxıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Qurban bayramında ailəsini İstanbulda ziyarət etdikdən sonra Bodruma qayıdıb. Ağaoğlu sevgilisi ilə helikopterdən düşər-düşməz yaxtasına əyləşib.
İki gün yaxtada dincələn cütlük dostları ilə əylənib.