Gülnarə Xəlilova “Qızlar Seminariyası” layihəsində - fotolar

Gülnarə Xəlilova “Qızlar Seminariyası” layihəsində -  fotolar
764 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Təhsil Mərkəzinin həyata keçirdiyi "Qızlar Seminariyası" proqramının növbəti qonağı olub.

Axşam.az xəbər verir ki, layihənin əsas məqsədi dövlət və özəl sektorda işin səmərəliliyi üçün seminar, treninqlərin keçirilməsi, idarəetmə fəaliyyətində əsasların aşılanması, ölkənin ictimai-təhsil sahəsində canlanma yaradılmasıdır.

Modelyer-dizayner görüşdə qeyd edib ki, idarəetmənin nəzəriyyəsi və praktikisanın müxtəlif problemləri arasında əsas yeri idarəetmə fəaliyyətinin mahiyyəti ilə bağlı kompleks məsələlər tutur:

“İdarəetmə fəaliyyətinin məqsədi müəyyən təşkilat sisteminin səmərəli fəaliyyət göstərməsini təmin etməkdir. Problemlərin həllində, qarşıya qoyulmuş hədəflərə çatmaqda düzgün planlaşdırma, təşkilatçılıq, motivasiya və nəzarətdən çox şey asılıdır”. 

G.Xəlilova Azərbaycan milli geyiminin təbliği və qorunub saxlanılması, onun müasir tələblərə uyğun modernləşdirilməsi məqsədi ilə dəb sənayesi sahəsində özünün uğurlu fəaliyyətindən danışıb.

Görüş iştirakçılarına G.Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı hədiyyə edilib.