Könül "Kara sevda"nın Emiri ilə eyni serialda - fotolar

Könül "Kara sevda"nın Emiri ilə eyni serialda -  fotolar
6786 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Könül Nağıyeva yeni seriala çəkilir.

Axşam.az-ın məlumatına görə, onun ekran işində tərəf müqabili “Star TV” də yayımlanan “Kara sevda” serialındakı Emir Kozcuoğlu obrazı ilə tanınan Kaan Urqancıoğlu olacaq.

Aktyorlara təklif ingilis rejissor Peter Uebberdən gəlib. Peter bir neçə gün əvvəl İstanbula gəlib və aktyorlarla tanış olub.

Rejissor əyləncəli keçən görüşdən fotoları sosial şəbəkədə paylaşıb. Onların yanında Gizem Oğuz da yer alıb.