Aktrisa Penelopa Kruz 74-cü Venesiya Film Festivalı çərçivəsində aktyor həyat yoldaşı Xavyer Bardemlə birlikdə “Pablonu sevmək” (Loving Pablo) filminin premyerasına qatılıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki,qırmızı xalıya çıxan Penelopa şıqlığı ilə göz oxşayıb. 43 yaşlı aktrisa gecə üçün uzun yarıqlı, kürək dekolteli ağ libas, gümüşü dikdaban seçimi edib. Kruzun əri Xavyer isə klassik geyimdə olub. Cütlük fanatlarına avtoqraf imzalayıb.
Qeyd edək ki, bu, penelopa ilə ərinin 22016-cı ildən sonra birlikdə qatıldıqları ilk tədbir olub.