"Eşkıya Dünyaya Hükümdar Olmaz"ın yeni mövsüm üçün hazırlıq işləri bitib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarda Oktay Kaynarca, Deniz Çakır, Tarık Ünlüoğlu, Ozan Akbaba, Yunus Emre Yıldırımer və digərlərinin çəkildiyi ekran işi bu aydan etibarən tamaşaçılara təqdim olunacaq.
Üçüncü mövsüm yayımlanacaq ekran işində bu dəfə 5 məşhur simanı da görmək mümkün olacaq. Bunlar: Olgun Şimşek, Mesut Akusta, Birol Ünel, Haydar Şişman və İrem Sultan Cengizdir.
Yeni seriyaların daha gərgin və həyəcanlı olacağı bildirilir.