“Karagül” serialının ssenaristi Beril Köse aktyor Mehmet Bozdoğanla ailə qurub.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecəyə serialın çəkiliş heyəti, cütlüyün yaxınları qatılıb. Aktyor Barış Falay bəylə gəlini xanımı və oğlu ilə birlikdə mahnı oxuyaraq təbrik edib.
Gecə yarısınadək davam edən toydan fotolar sosial şəbəkədə paylaşılıb.