"Allah bəlanızı versin..." - Məşhurlardan Arakana dəstək

"Allah bəlanızı versin..." -  Məşhurlardan Arakana dəstək
3455 dəfə oxunub
  • A-
  • A
  • A+

Myanmanın Arakan bölgəsində müsəlman əhaliyə qarşı budistlərin törətdiyi silahlı qətliam son günlər böyük səs-küy yaradıb.

Axşam.az xəbər verir ki, bu hadisəyə şou-biznes nümayəndələri də biganə qalmayıblar. Məşhurlar sosial şəbəkədə hadisə ilə bağlı paylaşım edərək Myanma müsəlmanlarına dəstək olublar.

Müğənnilərin həmin paylaşımlarını təqdim edirik:

Elvin Abdullayev foto paylaşaraq "Allahım, bu əzaba bir son qoy. Heç bir balanı gözüyaşlı görmək istəmirəm" deyə, qeyd edib.

Fatimə Fətəliyeva "Allah bəlanızı versin, bu körpələri necə öldürmək olar" sözlərini yazıb.

"Allahım, əlimiz çatmasa da, unumuz yetməsə də, dualarımızı eşidirsən" deyə, Elnarə Xəlilova paylaşımında vurğulayıb.

Elton Hüseynəliyev isə "Bu dəhşəti, heyvani tərəqqidən irəli gələn faciəni, soyqırımı lənətləyirəm" şərhini yazıb.