Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.
Axşam.az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov ölkə başçısına görülən işlər barədə ətraflı məlumat verib. Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Məktəbdə yaradılan şəraitlə tanış olan İlham Əliyevə və Mehriban Əliyevaya məlumat verilib ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub.
Dövlət başçısı və birinci xanım şagirdlərlə xatirə şəkli çəkdiriblər.