Bir müddət öncə qabırğalarını əməliyyatla götürdən almaniyalı müğənni və aktrisa Sofiya Veqas bu dəfə verdiyi başqa bir qərarla gündəmə gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı Sofiya bədənindən bütün zərərli maddələr təmizlənsin deyə 2 həftə qətiyyən yemək yeməyəcəyini bildirib.
Bunun əvəzinə aktrisa gün ərzində sadəcə 7 litr su içəcəyini söyləyib.
Qeyd edək ki, Veqas bir çox əməliiyatlarla yadda qalıb. O, əvvəlcə sinəsini həddindən artıq böyük elətdirib, daha sonra 2 qabırğasını çıxardıb. Keçmişdə incə görünməyən Sofiya artıq 46 santimetrlik belə sahibdir.