Müğənni Çelik Ordunun Fatsa əyalətində konsert verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertdə həm həzin, həm də ritmik mahnılarını səsləndirən ifaçı arada tamaşaçılarla söhbət də edib.
O, yaşlı bir qadına “Mən kiməm” sualını verib. Qadın isə “Sərdar Ortaç” deyə cavablandırıb. Cavabı eşidən izləyiciləri gülmək tutub. Daha sonra səhnəyə Çeliyə gül verməyə bir qız gəlib. Ona da həmin sualı ünvanlayan sənətçi eyni cavabı alıb.
Bu vəziyyətdən məyus olan Çelik bir-iki mahnı da oxuyaraq konsertini tamamlayıb.