32 yaşlı futbolçu Kriştiano Ronaldo növbəti CR7 reklamına çəkilib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, alt paltarı reklamında yer alan Ronaldo 2017-ci ilin payız-qış kolleksiyasını təqdim edib. Futbolçu yeni dizaynın onun çox xoşuna gəldiyini bildirib:
“Yeni kolleksiyamda mənim ən sevdiyim dizayn – kamuflyajdır”.
Qeyd edək ki, 3 uşaq atası olan Krişriano 4-cü dəfə ata olmağa hazırlaşır. Futbolçunun sevgilisi Corcina Rodriqez hamilədir.