Bel ağrısından əziyyət çəkən məşhurlar – Fotolar

Bel ağrısından əziyyət çəkən məşhurlar –  Fotolar
2210 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin budəfəki buraxılışında bel ağrılarından bəhs ediləcək.

Axşam.az-ın məlumatına görə, verilişdə karate üzrə dünya çempionu, Dünya kubokunun sahibi Şahin Atamov, “Bozbaş pictures”in aktyoru Nicat Rəhimov və əməkdar artist Elza Seyidcahan iştirak edəcək.

Bir çox xəstəliklərdən danışılan efiri həftənin cümə axşamı, saat 10:30-da ATV telekanalında izləyə bilərsiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan “Sağlam olun” verilişinin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.

Foto: Rəşad ABBASOV