Daha bir müğənni biznesmen olacaq

Daha bir müğənni biznesmen olacaq
1473 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Bədəlov da özünü biznesdə sınamaq qərarına gəlib.

Bu haqda Axşam.az saytına sənətçi özü məlumat verib. O, yaxın günlərdə yeni klubunun fəaliyyətə başlayacağını deyib:

“Müğənnilik mənim çox sevdiyim işimdir. Amma bundan başqa biznesə də ehtiyac var. Buna görə də qərara gəldim ki, özümə klub açım. Hazırlıq işləri başa çatmaq üzrədir. Bura qəlyan, bilyard, çay yeri olacaq. Dostlarım istirahət üçün gələ biləcək. Bu biznesi davam etdirməyi düşünürəm. Bundan əvvəl də başqa bir sahədə biznesmen kimi özümü sınamışdım. Amma sonra davam etdirmədim. Klub işinin isə mənə yaxın olduğunu bilirəm. Əminəm ki, davamlı olacaq”.

Foto: Rəşad ABBASOV