O tək aparıcı yox, həm də rəssamdır – fotosessiya

O tək aparıcı yox, həm də rəssamdır – fotosessiya
3488 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Samirə Rüstəmova rəssam kimi fotokamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, bu bacarığını hər zaman gizli saxlayan Samirə “Yeni stil” verilişinin “Fotoimic” rubrikasında bu dəfə özü qonaq olub. Rəssamlıq Akademiyasının məzunu olan aparıcı müxbirimizlə söhbətində gizli istedadından və rəsmlərindən danışıb:

“Rəssamlıq bacarığım gözlənilmədən aşkar olundu. Bu istedad mənə atamdan keçib. İlk vaxtlar başqa sahədə fəaliyyət göstərdiyim üçün rəssamlıqdan uzaq düşmüşdüm. İki-üç il müddətində rəssamlığın incəliklərini öyrəndim. Ardından ikinci təhsilimi Rəssamlıq Akademiyasında “Rəngkarlıq” fakültəsində aldım. Sübhan Məmmədov, Arif İsayev, Fərman Qulamov, Sakit Məmmədov və digər dəyərli sənətkarlarımızdan dərs almışam. Ən çox impressionizm janrına üstünlük verirəm. Hislərimi rənglərlə çatdırmağı çox sevirəm. Bütün əsərlərim mənə əzizdir. Elə bu səbəbdən hələ də əsərlərimi satışa çıxarmıram”.

Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə “Yeni stil” verilişi hər həftənin şənbə günü saat 17:30-da Samirə Rüstəmovanın aparıcılığı ilə İctimai telekanalda yayımlanır.

Foto: Bəhruz ƏLİZADƏ