Müğənni Aleyna Tilki Adanada konsert proqramı ilə çıxış edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı ifaçı səhnəyə “Cevapsız Çınlama” mahnısı ilə çıxıb.
Daha sonra bir neçə mahnı oxuyan Aleynaya izləyicilər yad cisim atmağa başlayıb. Bununla da sakitləşməyən tamaşaçılar səhnəyə hücum çəkiblər.
Vəziyyətin gərginləşdiyini görən müğənni səhnəni tərk edib, işıqlar söndürülüb.