Nigar Leonardo Di Kaprionun sevimli məkanında - fotolar
Xəbər
09:28 / 26.11.13
4653dəfə oxunub
A-
A
A+
Maldiv adasına bal ayına gedən vizajist Nigar İbrahimova və həyat yoldaşı Ruslan Sanıyev birlikdə istirahətin dadını çıxarıblar.
Axşam.az xəbər verir ki, cütlüyün səyahəti maraqlı məqamlarla yadda qalıb.
Uçan balıqları izləyən Nigar və Ruslan daha sonra okeandan özlərinə balıq ovlayıb şam yeməyi təşkil ediblər. Bunun ardınca Pipi adasına gedən ər və arvad məhşur aktyor Leonardo Di Kapriounun çəkildiyi, çox izlənilən “Beach” ("Sahil") filminin məkanı ilə tanış olublar.
Nigar və Ruslan bal ayını arzuladıqları kimi başa vurub Bakıya qayıdıblar. Onlar səyahət zamanı maraqlı mənzərələri də lentə alıblar.