“Qızımı mənə vermir, altı aydır üzünə həsrətəm”

“Qızımı mənə vermir, altı aydır üzünə həsrətəm”
6334 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət öncə ayrılan tanınmış teleaparıcılar Azər və həyat yoldaşı Vüsalə İsmayılovların barışıq xəbəri yalan çıxıb.

Axşam.az saytına açıqlama verən Azər artıq məhkəməyə müraciət etdiyini deyib:

"Münasibətlərimiz düzəlmədi, barışmamışıq. Qızımı 6 aydır görmürəm. Onu mənə vermir. Övladımın üzünə həsrətəm. Məhkəməyə vermişəm, qanunla qızımı ondan alacağam”.

Azər həmçinin deyib ki, tezliklə yeni layihə ilə tamaşaçıların görüşünə gələcək:

“Qanunla” adlı veriliş hazırlayıram. Burada ehtiyacı olanlara hüquqi cəhətdən kömək edəcəyik. Cinayət istisna olmaqla, bütün ehtiyacı olanları vəkillə təmin edəcəyik. Maraqlı və səs-küylü layihə olacağına inanıram”.

Zəhra ƏHMƏDOVA
Foto: Rəşad ABBASOV