Əməkdar artist sirrini açdı – Fotolar

Əməkdar artist sirrini açdı – Fotolar
1687 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Abbas Bağırov son vaxtlar mahnıları ilə yanaşı, fotolarıyla da gündəmə gəlir.
 
Axşam.az-ın məlumatına görə, müğənni sərgiyə hazırlaşır. Bu haqda xəbəri sənətçi müxbirimizlə söhbətində verib. A. Bağırov eyni zamanda rəssamlıqla da məşğul olduğunu etiraf edib:

“Bunu heç yerdə deməmişəm, mən bir vaxtlar rəssamlıqla məşğul olmuşam. Elmir Hüseynovdan dərs almışam. Əsərlərim bir çox sərgilərdə nümayiş olunub. Hazırda isə fotoqraflıq həvəsinə düşmüşəm. Yaxın günlərdə fotosərgi keçirəcəm”.

Bir çox məşhurların fotolarını çəkən Abbas Bağırov onların bəyənildiyini deyib:

“Məşhurlar fotoya qarşı çox "kaprizli"dir. Amma mən elə insanlarla işləyirəm ki, onlar sakit qəbul etsin. Hətta fotoya qarşı çox diqqətli olan modelyer Fəxriyyə Xələfova da mənim şəkillərimi bəyəndi. Mənim şəkillərimin və avadanlıqlarımın peşəkar bir fotoqrafınkından fərqi yoxdur. Hətta şəkillər "fotoşop"da da az işlənilir. Elə çəkirəm ki, onlara cüzi dəyişiklik lazım olur”.