Tünzalə Ağayevanın Ankara konserti baş tutdu

Tünzalə Ağayevanın Ankara konserti baş tutdu
1089 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva ötən gün Ankarada solo konsert verib.

Axşam.az-ın məlumatına görə, müğənni Ankara dövlət orkestrı ilə birlikdə səhnəyə çıxıb.

İfaçı gecədə modelyer Gülnarə Xəlilovanın hazırladığı libası geyinib. Maraqlı anlarla yadda qalan konsertdə T.Ağayeva sevilən mahnılarını canlı ifa edib.

Təəssüratlarını sosial şəbəkədə paylaşan əməkdar artist bütün Ankaraya yaşadığı unudulmaz anlar üçün minnətdarlığını bildirib.

Qeyd edək ki, T.Ağayevanı yaxın rəfiqəsi Gülnarə Xəlilova da konsert zamanı tək qoymayıb.