70 kiloqram arıqlayan müğənni tanınmaz hala düşdü - fotolar

70 kiloqram arıqlayan müğənni tanınmaz hala düşdü - fotolar
13003 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Güllü yeni görünüşü ilə tanınmaz hala düşüb.

Axşam.az-ın “Haberler.com”a istinadən məlumatına görə, mədə kiçiltmə əməliyyatı olunan və 9 ayda 70 kiloqram arıqlayan ifaçını görənlər çox təəccübləniblər.

11 ildən sonra yeni albom çıxarmağa hazırlaşan Güllünün İnstaqram izləyiciləri sənətçinin yeni görünüşünə görə mübahisə ediblər.

Onlardan bir qrup müğənninin hazırkı imicini bəyənsə də, bəziləri Güllünün arıqladıqdan sonra göz altında torbaların yarandığını və üzünün sallandığını bildirərək əvvəlki görünüşünü daha çox bəyəndiklərini vurğulayıblar.