Müğənni Sərdar Ortaçın xanımı, irlandiyalı model Xloe Lougnan alt paltarı reklamına çəkilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lougnan özünə aid alt paltarları markası üçün kameralar qarşısında müxtəlif pozlar verib.
Xloenin fotolarını izləyənlərin ağlına Sərdarın sözləri gəlib. İfaçı sonuncu dəfə xanımın bu cür reklama çəkilməyinə münasibət bildirərkən demişdi:
“Birinin mənim arvadımın ayaqlarına baxmağından qürur duyuram. Çünki o ancaq baxa bilir, mənsə toxunuram”.