Bəhram Bağırzadə: "İndiki uşaqlar bunu bilməz" - fotolar

Bəhram Bağırzadə: "İndiki uşaqlar bunu bilməz" -  fotolar
1593 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə arxiv fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısından adı çıxarılan Bağırzadə futbol oynayan zaman lentə alınan şəkilləri ilə diqqət çəkib.

O bildirib ki, 6 yaşından futbol oynayır:

“Uşaqlıqdan futbol həvəskarıyam. Yadımdadır, 6 yaşım olanda atam məni Lenin adına stadiona aparardı. Geyimlərimin üstündən stadiondakı ot ləkələri əksik olmazdı. İndiki uşaqlar bunu bilməz”.