"Gecə qonağı 2"nin qala gecəsində nələr baş verdi? - fotolar
Xəbər
10:13 / 03.10.17
6342dəfə oxunub
A-
A
A+
Rejissorluğunu Kənan M.M.-in etdiyi "Gecə qonağı 2" filminin qala gecəsi keçirilib.
Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində əvvəlcə aktyorlar qırmızı xalçaya çıxıb və filmlə bağlı sualları cavablandırıblar.
Kənan "Gecə qonağı 2" filminin çəkdiyi bütün ekran işlərindən daha maraqlı və fərqli olduğunu deyib. O bildirib ki, sözügedən ekran işi bu günə kimi çəkilən bütün filmləri geridə qoyacaq.
"Gecə qonağı 2"nin ssenari müəllifi Kənan özüdür. Filmdə Kənanla yanaşı oğlu Hüseyn və aktrisa Pərvin Abıyeva da rol alıblar.
Qala gecəsin sənət adamları, aparıcılar da yer alıblar.