Aktyor, aparıcı İlkin Həsəni ötən gün "Gecə qonağı 2" filminin qala gecəsində fotokameramıza tuş gəlib. Axşam.az-ın məlumatına görə, İlkin yeni çəkdikləri "Bir xalanın sirri" filmindən bəhs edib.
O bildirib ki, ekran işinin ssenarisi əcnəbi bir filmdən götürülüb:
"Əvvəlcədən deyim ki, filmi izləyəndə heç kim oğurluq deməsin. Ssenari xarici bir filmə bənzəyir. Martda təqdim edəcəyik. Hər filmdə bir xanım əsas götürülürdü. Bu dəfə əsas qəhrəmanımız oğlandır. Şöşünün xalasını ərə veririk".
İlkin həmkarlarının şəxsi həyatından da danışıb:
"Elşən də, Azər də (aktyorlar Elşən Orucov, Azər Baxşəliyev - red.) nişanlandı. Bu il Nicat da (Nicat Rəhimov - red.) evlənəcək".