Müğənni Əli Mirəliyev haqqında yayılan şayiələrə cavab verib.
Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində “Deyirlər, Əli Mirəliyev daha danışmır, onu pulla susdurublar” sözlərinə belə cavab verib:
“Müğənnilər var ki, mənə əl tuturlar, pul verirlər. Məni istəməyən şou-biznes nümayəndələri haqqımda belə şayiə yayır. Pulla çoxlarının səsini kəsiblər. Amma mənim səsimi kəsə bilməzlər. Mən oxumaqlarına irad tuturam. Elə adam var oxuya bilmir, böyük-böyük danışır. Mən də iradımı bildirirəm”.