Türk yazar Metin Hara ilə yaşadığı eşqlə gündəmdə olan braziliyalı model Adriana Lima “Victoria's Secret”in dəfiləsinə hazırlaşır.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı model Nyu-Yorkda idman zalında məşq edərkən görülüb. Məşqçisi Dora Hartmanla podium üçün hazırlaşan Lima əzələləri və ideal bədən quruluşu ilə diqqət çəkib.
Qeyd edək ki, “Victoria's Secret”in dəfiləsi ilk dəfə bu il Çinin Şanxay şəhərində keçiriləcək.